İraqın Basra şəhərində pişiklər üçün ilk otel açılıb. Pişiyin oteldə bir gecə qalması üçün 5 min dinar təxmini 4.2 dollar ödənilir. Bu qiymətə yatmaq üçün yer, yemək və tibbi müayinə daxildir.

AzEuroNews.com Röyter agentliyinə istinadən xəbər verir ki, İraqda ilk belə addımı atan baytarlıqda oxuyan tələbə Əhməd Tahir Məkkə olub. O öz evini pişiklər üçün otelə çevirərək ölkədə yenilik etdiyinə inanır.