“Forbes” nəşrinə görə, planetin ən zəngin insanı sayılan Cef Bezos təkcə cümə günü doqquz milyard dollar zənginləşib.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, onun sahibi olduğu (16 faiz payçı) “Amazon” şirkətinin rüblük hesabatının ictimailəşdirilməsindən sonra Bezosun aktivləri birdən birə 7% faiz artıb.

Nyu-York Fond birjasında aprelin 27-ə olan son sövdələrə görə, onlayn alqı-satqı nəhənginin səhmləri 3,6 faiz bahalaşıb və bir səhm 1572 dollara satılıb.

Nəticədə Bezosun aktivləri 130,2 milyard dollara çatıb.