Yaş qrupuna görə yuxu saatlarının fərqləndiyini yəqin ki, eşitmisiniz. ABŞ Beynelxalq Yuxu Derneyi yaş qruplarına görə ideal yuxu saatlarını internet üzərindən paylaşıb.

AzEuroNews.com xəbər verir ki, “Sleep Foundation” saytında yer alan xəbərə görə düzənsiz yaşamaq, həddən artıq kofeyinli və alkaqolik içkilərdən istifadə etmək və uyğun olmayan saatlarda oyanmaq insan həyatına mənfi təsir edir.

Yaşa görə ideal yuxu saatları isə belədir :

Yeni doğulan körpələr 3 aya qədər 14-17 və ya 12-18 saat, 4-11 aylıq körpələr 12-15, yeriməyə başlayan 1-2 yaşlı uşaqların isə 11-14 saat yatması tövsiyyə olunur.

Məktəbə başlamayan 3-5 yaşlı uşaqlar 10-13 saat, məktəbdə oxuyan 6-13 yaş qrupu üçün 9-11, 14-17 yaşlı uşaqların isə 8-10 saat yatmağı uyğun görülüb.

Ərgənlik dönəminin bitməsindən sonra 18 yaşdan 64 yaşa qədər olan insanların ideal yuxu saatı 7-9 saatdır. 65 yaşdan yuxarı olanlara isə gündə 7-8 saat yatmaq tövsiyyə olunur.