Su və ya çörək almaq üçün 100 metr yüksəkliyə qalxmalısız.

AzEuroNews.com xarici mediaya istinadən xəbər verir ki, Çində adrenalin dolu istiarhəti sevənlər üçün yeni bir addım atılıb. Çinin Xuanin əyalətindəki Millli parkında olan məşhur dırmaşma marşurutunda mağaza açılıb.

Mağaza qayanın 100 metr hündürlüyndə yerləşir. Qaya üzərində yerləşən marketin görünüşü olduqca sadədir.

Müştərilər buradan su, çörək, enerji içkiləri, çubuqlar alaraq ödənişi həm nəğd həm də kart vasitəsi ilə həyata keçirə bilərlər.

Alınan məhsullar iplərin köməyi ilə yuxarı qaldırılmalı, satıcı isə hər dəqiqə təhlükəsizlik qaydalarıa riayət edilməsini xatırlatmalıdır.