Gecələri meşədə qalan insanların ağacların tərpənib səs çıxarmasından hər zaman şübhələndiyini eşitmişik. AzEuroNews.com xəbər verir ki, Məşhur yazar Tolkien də bu fikri bəzi kitablarında irəli sürüb. Alimlər bu kimi halları nəzərə alaraq qərara gəliblər ki, ağaclar gece budaqlarını yuxarı qaldırıb endirir. Bunu ağaclara məxsus bir ürək döyüntüsü hesab edirlər. Bunun tam səbəbi hələ bilinməsə də, düşünülür ki, bu suyun və şəkərin dövriyyəsindən irəli gəlir.

Alimlər düşünürdülər ki, fotosintez prosesi üçün ağaclar yalnız gündüz saatlarında kökdən uca doğru suyu çəkirlər. Ancaq yeni araşdırmalara görə bəlli olub ki, ağacların strukturu düşündüymüzdən də mürəkkəbdir. Bununla bağlı araşdırmalar hələ də davam edir.