“Formula 1” Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar 01.05.2018 tarixindən əvvəlki rejimdə fəaliyyət göstərəcək.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar mayın 1-dən sərnişinlərə xidmət göstərəcək.