Bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Məhdudlaşdırma Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi iləhəyata keçirilir.