Azərbaycan Milli Məclisinin may ayında keçiriləcək üçüncü plenar iclasının tarixi açıqlanıb.

“Report”un xəbərinə görə, iclas mayın 15-də keçiriləcək.

Plenar iclasın gündəliyi yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, parlamentin bu aya planlaşdırılan ilk iclasları mayın 1-də və 4-də keçiriləcək.