Dünyanın ilk üzən atom elektrik stansiyasının fotoları üzə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, Peterburqdan yola çıxan “Akademik Lomonosov” adlı üzən atom elektrik stansiyası Murmanska doğru hərəkət edir. Gəmi burada yoxlanılacaq.

Rusiyanın bu gəmisi dünyanın ilk üzən atom elektri stansiyasıdır. Layihəyə 2007-ci ildə start verilib. Gəmiyə məşhur riyaziyyatçı və alim Lomonosovun adı verilib. Gəminin uzunluğu 144, eni isə 30 metrdir. 21.500 ton ağırlığı olan gəminin 69 nəfərlik ekipajı var.

Gəmi Severodvisk və Sevmaş qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək. Yola çıxan gəmi Murmanskda ilk dəfə nüvə yanacağı alacaq.