Depresyona qədər gedən xəstəliklərə yol açan B12 çatışmazlığı unutqanlıq, yorğunluq, qansızlıq, iştahasızlıq kimi günlük həyatımıza təsir edə biləcək problemlərə yol aça bilər. Həmçinin bu çatışmazlıq ruhi xəstəliklərə də gətirib çıxara bilər.

Bəs B12 vitamini ilə bol qidalar hansılardır?  Bu sualı cavablandırmaq üçün mütəxəssislərin araşdırmalarını sizə təqdim edirik.

Mütəxəssislərin araşdırmalarına görə bu vitamini yalniz kənd təsərrüfatı məhsullarında tapmaq olar. Bunlar  ət, toyuq, balıq, yumurta, süd, qatıq, pendir, qaraciyər, ürək və böyrək kimi qidalardır. B12 vitamini suda tez əridiyinə görə ət məhsulları  normal tempraturda və vaxtda bişirilməlidir.  Gələcəkdə unutqanlıq, diqqətsizlik, halsızlıq və digər xəstəliklərlə qarşılaşmamaq üçün bu qidaları həyatımıza daxil etməli və 6 aydan bir B12 vitaminin səviyyəsini ölçdürməliyik.

B12 vitamini çatışmazlığı ən çox vegeteriyanlarda özünü göstərdiyinə görə, onlar ən azı süd, yumurta,qatıq və pendir yeməlidir ki, bu kimi problemlərlə üzləşməsinlər.

65 yaşdan yuxarı olanlar, hamilə və süd verən qadınlar, inkişaf çağındakı uşaqlar və xroniki xəstəlikləri olanlar özəlliklə B12 ilə zəngin olan qidalara üstünlük verməlidir.