Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərində olan qəribə ev dünyada oxşarı olmayan girişi ilə görənlərin marağına səbəb olub.

AzEuroNews.com -un haberturk.com-a istinadən xəbərinə görə, Evin giriş qapısı qorxulu bir filmi xatırladır. İstifadə olunan materiallar və rənglər girişi qara bir dəliyə bənzətsə də insanlar içəri keçməyə can atırlar. Bu “qara dəlik”dən içəri daxil olub irəlilədikdən sonra evin bağçasına keçmək mümkündür.