Bu il keçiriləcək futbol üzrə dünya çempionatının kuboku xüsusi reyslə Tokiodan Vladivostoka gətirilib.

Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, mükafat təqdimat mərasiminin keçiriləcəyi şəhər mərkəzinə gətiriləcək.

Bundan sonra sağlamlıq imkanları məhdud olan idmançılar arasında futbol qarşılaşması baş tutacaq.

Təntənəli mərasimdə futbol üzrə dünya çempionu olmuş braziliyalı futbolçu Jilberto Silva və supermodel Nataliya Vodyanova iştirak edəcək.

Kubok Rusiyanın Novosibirsk, Yekaterinburq, Samara, Kazan, Nijni-Novqoroq, Rostov-na-Don, Sankt-Peterburq və Moskva şəhərlərində nümayiş olunacaq.

Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək..