Ötən gecə UEFA Çempionlar Liqasında ilk finalçının adı bəlli olub.

Modern.az-ın xəbərinə görə, yarımfinalın cavab matçında “Real” “Bavariya”nı qəbul edib.

Münhendə keçirilən ilk görüşdə 2:1 hesablı qalib gələn Madrid klubu böyük üstünlük əldə edib.

Qapısında erkən qol görməsinə baxmayaraq, “Real” ikinci hissənin əvvəlində hesabda önə keçib. “Bavariya”nın gücü yalnız bərabərlik qolunu vurmağa müvəffəq olub – 2:2.

1 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunları

“Real” (İspaniya) – “Bavariya” (Almaniya) – 2:2
Qollar:
 Ximmix,3 (0:1), Benzema, 11 (1:1), Benzema, 46 (2:1), Rodriges, 63 (2:2)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid, “Santyaqo Bernabeu” stadionu

İlk oyun – 2:1