“Real” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Madrid klubu bunu Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə cavab matçında həyata keçirib.
Belə ki, hazırda davam edən qarşılaşmada Almaniya klubunun qapısından 2 top keçirən “kral klubu” avrokuboklarda öz meydanında ardıcıl 43-cü qolunu vurub. Bununla ispanlar “Tottenhem”ə məxsus 42 matçlıq rekordu yeniləyib. Londonlular 1961-1984-cü illərdə bunu gerçəkləşdirmişdilər.
Maraqlıdı ki, “Tottenhem”in rekordu 1985-ci ildə məhz “Real”la oyunda (0:1) qırılmışdı.