“Penitensiar müəssiələrdə cəza çəkənlər də referendumda iştirak edə biləcəklər”.

Bu fikirləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.

O, qeyd edib ki, seçki zamanı MSK ilə əlaqəli fəaliyyət göstəriləcək: “Azərbaycan penitensiar müəssisələrdə cəza çəkənlərin hüquqlarının müdafiəsi baxımından xeyli proqressivdir. Bir çox Avropa ölkələrində, ABŞ-ın bəzi ştatlarında bu şəxslərin seçkilərdə iştirak hüququ yoxdur”.

A.Cəfərovun sözlərinə görə, KİV və müxtəlif missiyaların nümayəndələri müvafiq daxil olma qaydalarına əməl etməklə seçki prosesini izləyə biləcək.