Bu gün axşam saatlarında Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AAYDA və BNA-nin birgə məlumat yayıb. Bildirilib ki, prospektin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü“-nə qədər olan hissəsində (20 Yanvar metrosu istiqamətində)  üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 2 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunellərdə tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək.

Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. (Yol bağlı olmayacaq). Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.