Ermənistan parlamentində baş nazir seçkiləri 8 may tarixində keçiriləcək.

“Ölkə.Az” xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Ara Babloyan bildirib.

“Reqlamentə əsasən parlament baş nazir seçkisi məsələsinə 8 mart tarixində baxacaq”, – deyə Babloyan bildirib.

Qeyd edək ki, Ermənistanda müxalif deputat Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz mitinqləri davam edir. Bu gün aksiya iştirakçıları hava limanına gedən yolu bağlayıblar. Bir sıra nazirliklərin girişi bağlanıb.