Son illər ərəblər haqda Azərbaycanda çox danışılır. 2015-cı ildən başlayaraq ərəb turistlərin ölkəmizə ayaq açmaları onlar barədə bəzi miflər yaradıb. Hər kəsə elə gəlir ki, ərəblər arasında kasıb yoxdu, hamısı varlı, imkanlıdırlar.

Əslində bunda müəyyən həqiqət payı var. Dünyada elə ərəb ölkələri var ki, onların vətəndaşları sözün əsl mənasında yağ-bal içində yaşayır. Məsələn, Birləşmiş  Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, Küveyt və Qatar kimi ölkələrdə ərəblərin lüks həyat yaşadığı sirr deyil. Ölkəmizə turist sifətində gələn ərəblərin ən bahalı otellərdə gecələmələri, prestijli restoranlara getmələri, brend mağazalardan alış-veriş etmələri haqlarında bu cür söz-söhbətləri daha da tətikləyir.

Bəs, bütün ərəblər varlı, imkanlı və lüks həyat sürür?

Картинки по запросу Ərəblər lüks həyat

Müqayisə üçün BƏƏ-nin Dubay şəhərinin küçələrində bir dənə belə köhnə marka avtomobil görə bilməzsiniz. Bütün avtomobillər son, ya eksklüziv modeldir. Orda yerli əhali işləmir. Başqa ölkələrdən gələn əməkçi miqrantlar xidmət və iaşə obyektlərində işləyir. Həmçinin digər bir neçə ərəb ölkələrində də vəziyyət bu cürdür.

BƏƏ-də hər doğulan uşaq pulsuz yaşayış, ömrünün sonuna qədər pulsuz tibbi xidmət və dünyanın istənilən ölkəsində və universitetində pulsuz təhsil almaq imkanı qazanır.

Birləşmiş Ərəb Əmirliyinin ən zəngin şəhəri Dubayda neft ən az gəlir mənbəyidir. Neftdən gələn gəlir bütün Dubayın gəlirlərinin yalnız 4 faizini təşkil edir. Qalan pullar turizm, daşınmaz əmlak və ticarətdən əldə olunur. Dubayı zəngin şəhərə çevirən əsas faktor isə onun azad iqtisadi zona olmasıdır.

BƏƏ vətəndaşları dünyanın ən zəngin insanları sayılır. Rusiya, Avropa ölkələri, ABŞ vətəndaşlarının gəliri ilə onların gəliri müqayisə oluna bilməz.

Dubayda əhalinin sadəcə 20 faizi yerli sakinlərdir, qalan 80 faiz əcnəbilərdir. Əcnəbilər burada əmlak alır və kef içində yaşayırlar. Dubayı zənginlərin cənnəti də adlandırmaq olar. Ölkənin sərt qanunları əsasında burada cinayət yoxdur. Hər hansı qanun pozuntusu edən şəxsi şiddətli cəza gözləyir. Bu, zənginlərin işinə yarayır. Axı, onlar var-dövlətlərinin oğurlanması üçün narahatdırlar.

Картинки по запросу BƏƏ

Zəngin ərəblərə imarətlərində gəlmə hindilər, pakistanlılar və iranlılar xidmət göstərir. Onların orta əmək haqqı 500 dollardır. Adətən işçilər ayda 300 dollar alırlar. Bu rəqəm onlar üçün kosmik məbləğdir. Çünki Hindistanda ortalama əmək haqqı 50 dollardan azdır ki, çox deyil.

Bəs ərəblər gündəlik hansı işlə məşğul olurlar?

Yazılanlar elə təəssürat yaradır ki, sanki ərəblər işləmirlər. Yox, elə deyil. Heç bir dövlət işinə əcnəbi qəbul edilmir. Ərəblərin 94 %-i dövlət idarələrində müxtəlif vəzifələrdə çalışır. Onların minimum əmək haqqı da yüksəkdir. İşdə özünü təsdiq etmiş ərəb 30-50 min dollar arasında əmək haqqı alır. Məsələn, vəzifəsi olan polis işə Bentley ya Ferrari ilə gedir. Ayda iki-üç min dollar maaşı olan şəxs isə çətinlik çəkmədən özünə Toyota ala bilər.

Картинки по запросу BƏƏ vətəndaşı

Bütün bunlardan sonra könlünüzdən BƏƏ vətəndaşı olmaq keçdi? O zaman sizə bəd xəbər verək: yalnız və yalnız Birləşmiş Ərəb Əmirliyinin vətəndaşlarından doğulan uşaqlar bu ölkənin vətəndaşı ola bilər.

İndi özünüz qərar verin, ərəblərin zəngin olması həqiqətdir, ya mif?

Картинки по запросу BƏƏ