Respublikaçılar Partiyasını təmsil edən ABŞ Nümayəndələr Palatasının 18 üzvü ABŞ prezidenti Donald Trampa Şimali Koreyanın nüvə problemi ilə bağlı səylərinə görə Nobel Sülh Mükafatı verilməsi təşəbbüsü ilə Nobel Komitəsinə müraciət ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Nobel Komitəsinin mövcud qaydalarına əsasən, sülh mükafatına dair rəsmi müraciətlər həmçinin milli parlament və hökumət üzvləri tərəfindən də edilə bilər.

Ötən həftə Respublikaçılar partiyasının üzvü, senator Lindsi Qrem Koreya yarımadasında vəziyyətin nizamlandığı təqdirdə D. Trampa Nobel Sülh Mükafatı verilməsinin zəruri sayıb.

 

Daha sonra Cənubi Koreyanın prezidenti Mun Çje In adıçəkilən təşəbbüsü dəstəkləyib.