Sarımsağın gözlənilməz xeyirlərinin sayı getdikcə artmağa davam edir. Mütəxəssislərin fikrincə sarımsaq bir insanı nəinki xərçəngdən qoruyur hətta ürək-damar sistemi ilə bağlı problemlərin həllində də mühüm rol oynayır.

AzEuroNews.com bildirir ki, İngiltərənin Nottingem universitetinin alimlərinin araşdırmalarının nəticələrinə görə sarımsaq onkoloji kimi ciddi xəstəliklər də daxil olmaqla  insanları bir çox ciddi xəstəliklərdən qoruyur.