Azərbaycanlı qadın İradə Əyyubova Tatarıstanda mədəniyyət naziri təyin edib.

Axşam.az-ın məlumatına görə, bu haqda “Tatar-İnform” saytı xəbər yayıb. Bildirilib ki, Tatarıstanın prezidenti Rüstəm Minnixanov bununla bağlı sərəncam imzalayıb:

“İradə Əyyubova tutduğu vəzifədən vaxtından əvvəl azad edilərək Tatarıstan Respublikasının mədəniyyat naziri təyin olunsun”.

İ.Əyyubova bundan əvvəl Arxiv İşləri üzrə Dövlət Komitəsinin rəhbəri çalışdı.

Qeyd edək ki, İradə Əyyubova 13 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Mexanika riyaziyyat fakültəsini bitirib, 2002-ci ildə isə Tatarıstanın Biznes İnstitutunda hüquqşünaslıq üzrə təhsil alıb. Ailəlidir, 1 qız övladı var.