Suriyada Afrin bölgəsini partlayıcı maddələrdən təmizləmək üçün çalışmalarını davam etdirən Türkiyə əsgərləri minaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 1 əsgər şəhid olub, 1-i isə yaralanıb.

Qeyd edək ki, Afrin “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçulardan təmizlənmişdi. Hazırda bölgədə terrorçuların qaçarkən basdırdıqları minaların axtarışı və zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.