ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşə “çox açıqdır”, lakin görüşə dair hələ ki heç bir təfərrüat yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Jurnalistin D.Trampın KXDR lideri ilə görüşü baş tutanadək bu cür sammitin mümkünlüyünə dair sualına S.Sanders bu barədə məlumatsız olduğunu bildirib.

Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov D.Trampın V.Putinlə mümkün qədər tez görüşməyi təklif etdiyini bildirib