Animasiya şirkəti Disney və Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri birlikdə fiziki hissləri çatdıra bilən “ağıllı” gödəkcə yaradıb. AzEuroNews.com bildirir ki, bu gödəkcə xilasedici jiletə bənzəsə də, ancaq bəzi xüsusiyyətləri ilə ondan fərqlənir. Bu gödəkcənin içində kompüterlə idarə olunanxüsusi  sensorlar yerləşdirilib. Bu sensorlar hərəkətə gətirilərək qeyri adi hissləri insan bədəninə ötürür. Gödəkcəni geyinib, funksialarını işə saldıqdan sonra insan zərbəni və ilanın bədəndə sürünməsini hiss edə bilir.