ABŞ-ın Florida ştatında baş verən bir hadisədə “Apple Watch” zamanında xəbərdarlıq siqnalı verərək 18 yaşı qızın həyatını qurtarıb.

AzEuroNews.com bildirir ki, illərdir xroniki böyrək xəstəliyindən əziyyət çəkən gənc qız  Deanna Rektenvold istirahət etdiyi vaxtda ürək döyüntülərinin 190-ı keçməsi barədə “Apple Watch” tərəfindən xəbərdarlıq alıb.

Ailəsi tərəfindən dərhal xəstəxanaya aparılan gənc qızın vəziyyətinin ciddi olduğu bildirilib. Böyrək xəstəliyindən əziyyət çəkən Deannaya gələcəkdə böyrək köçürülməsi əməliyyatı məsləhəti görülüb.

“Apple Watch” u yeni il hədiyyəsi olaraq qızına alan ana şirkətə məktub yazaraq başına gələnləri danışıb və onlara təşəkkürünü bildirib. Tezliklə Apple-ın baş direktoru məktuba cavab verərək, qızın vəziyyətinin yaxşı olmasına görə sevindiklərini və bu cür halların onlara ilham verdiklərini söyləyib.