Rusiyada siyasətçi Aleksey Navalnının təşkilatçılığı ilə etiraz aksiyaları başlayıb.

Oxu.Az bununla bağlı “Vedemosti” nəşrinə istinadla xəbər verir.

Aksiyalar Vladivostok, Cənubi Saxalin, Xarabrovsk, Tomsk, Barnaule, Novosibirsk və İrkutsk şəhərlərində keçirilir.

Aksiyalar “O, bizim çarımız deyil” şüarları altında keçirilir və mayın 7-də baş tutacaq Vladimir Putinin inauqurasiyasına etiraz əlaməti daşıyır.