ABŞ hərbi dəniz qüvvələri döyüş gəmilərinə top və raket qurğularının əvəzinə “Helios” lazer silahını quraşdırmağı planlaşdırır.

Oxu.Az xəbər verir bu barədə “Daily Star” amerikalı hərbi rəsmilərə istinadən məlumat yayıb.

“Helios” lazer sisteminin “Phalanx MK-15” zenit-artilleriya kompleksini əvəz edəcəyi gözlənilir. Sistem gəmiləri müxtəlif təhdidlərdən qoruya biləcək.

“Söhbət pilotsuz uçan aparatlardan, kiçik gəmilərdən, həmçinin yaxın məsafəli təsir gücü olan silah sistemlərindən qorunmaq üçün lazım olan şüa gücü və strukturuna malik olan lazerlərdən gedir.”, – deyə mənbə bildirib