AFFA prezidenti Rövnəq Abdullayev Avropa Liqasının “pley-off” mərhələsinin Bakıda keçiriləcək “Qəbələ” – “Maribor” oyununu izləyəcək.

Məlumata görə, qurum rəhbəri oyunun keçiriləcəyi “Dalğa Arena”ya gəlib.

R.Abdullayevlə yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də oyunu izləyənlər arasındadır.

Xatırladaq ki, “Qəbələ” – “Maribor” matçı saat 21:00-da start götürəcək.