Müğənni Rəqsanə İsmayılova növbəti dəfə ana olmağa hazırlaşır.

“AzEuroNews.com” Lent.az-a istinadən xəbər verir ki, ifaçı bu barədə “Zaurla Günaydın” verilişində deyib. O bildirib ki, dekabrda əkiz uşaq anası olacaq. İfaçı onu da əlavə edib ki, dünyaya  gələcək körpələrinin adını da müəyyənləşdirib.

Qeyd edək ki, R.İsmayılova ötən il də ana olmağa hazırlaşırdı. Lakin müğənninin bu istəyi yarımçıq başa çatmışdı.

R. İsmayılova iki dəfə rəsmi nikahda olub. Onun hər evlilikdən bir qız övladı var.