Pakistanın daxili işlər naziri Əhsan İqbal Naroval şəhərində (Pəncab əyaləti) sui-qəsd nəticəsində güllə yarası alıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Geo TV telekanalı məlumat yayıb. Məlumata görə, hadisə mitinq zamanı baş verib. DİN rəhbəri öz avtomobilində olan zaman 20-22 yaşlı gənc oğlan tapançadan ona atəş açıb. Telekanal xəbər verir ki, güllə onun sağ çiyninə dəyib, nazir təcili xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti sabitdir və həyatı üçün təhlükə yoxdur. Adı açıqlanmayan gənc saxlanılıb. Hadisənin motivləri barədə məlumat yoxdur.