2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- mart ayları ilə müqayisədə 3,2 faiz artaraq 4713,0 milyon manat olub.

“Ölkə.Az” Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 2135,8 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 faiz artaraq 2577,2 milyon manat təşkil edib

İstehlak məhsullarının 20,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 66,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,3 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,1 faiz az istehlak məhsulları satılıb.