Apple şirkəti ikinci nəsil ucuz qiymətli İphone SE- i istifadəçilərə təqdim etməyi planlaşdırır. AzEuroNews.com bildirir ki, yeni smartfon İphone SE bazara yeni dizaynda təqdim oluna bilər. Bu dizaynın şüşədən ibarət olacağı söylənilir. Digər tərəfdən isə söylənilir ki, yeni çıxacaq cihazın görünüşü əvvəlkilərdən fərqlənsə də ancaq elə də radikal dəyişiklik olmayacaq. Yeni modeldə barmaq izini tanıyan ana ekran düyməsinin olmayacağı söylənilir.