Reseptsiz və miqdarında istifadə olunmayan antibiotiklərin istifadəsi başda böyrək və qaraciyər olmaqla digər orqanlara da zərər verir.

AzEuroNews.com bildirir ki, insanlar həkim məsləhəti olmadan antibiotik istifadə etməkdən qaçınmalıdır. El arasında antibiotiklər “hər xəstəliyə çarə” kimi tanınsa da, mövsüm xəstəliklərində dost məsləhətinə deyil həkim reseptinə üstünlük verilməlidir.

Bu cür dərmanların öz başına qəbulu zamanı sağlamlığıa zərər verdiyini deyən mütəxəssislər bildirir ki, antibiotik virusların səbəb olduğu xəstəliklərdə istifadə olunur. Eyni zamanda açıqlamalarda mövsümi xəstəliklərin müalicəsində antibiotiklərin heç bir xeyri olmadığı da bildirilib.