Bu gün 63-cü “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. Lent.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda gerçəkləşəcək yarışda bu gün təmsilçimiz Aysel Məmmədova da çıxış edəcək. O, ölkəmizi “I cross my heart” mahnısı ilə təmsil edir.

43 ölkənin təmsilçilərinin yer aldığı müsabiqədə bu gün 22 iştirakçı öz performansını nümayiş etdirəcək. İlk olaraq isə Aysel mahnısını səsləndirəcək. Müsabiqə saat 23:00-da İTV-dən canlı yayımlanacaq.