AzEuroNews.com ► ► ► 21 yaşlı azərbaycanlı gənc Tiflisdəki xəstəxanada vəfat edib. AzEuroNews.com Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinə istinadən xəbər verir ki, Marneulinin Qızılhacılı kəndindən olan Kənan Əliyev bir neçə gün əvvəl sinir qanaması diaqnozu ilə Marneulidəki xəstəxanaya aparılıb və sonra xəstə Tiflisdəki xəstəxanaların birinə köçürülüb. Həkimlər ailə üzvlərinə bildiriblər ki, xəstənin vəziyyətində təhlükə yoxdur. Kənan Əliyevin vəziyyətini qənaətbəxş edən həkimlərin sözü düz çıxmayıb. Məlumata görə, 21 yaşlı gənc azərbaycanlı dünən xəstəxanada vəfat edib.

Məlumata görə, K. Əliyevin cəsədi artıq Marneuliyə gətirilib. Hadisə ilə bağlı hiddətlənən K. Əliyevin ailə üzvləri və qohumları gənc oğlanın ölümünün səbəbini tələb edirlər. Əliyevlər ailəsi K. Əliyevin ölümünə səbəb olan həkimləri məhkəməyə verməyi qərara alıblar. Onlar ilk olaraq ekspertizanın nəticəsini gözləyirlər.

“Bir xəstə klinikaya çatdırıldıqda ona düzgün diaqnoz qoyulmayırsa, bu, ədalətsizlikdir. Bu sistem dəyişməlidir, əks halda bu faktlar dəfələrlə təkrarlanacaq. Biz indi ekspertizanın nəticələrini gözləyirik, bundan sonra məhkəməyə müraciət edəcəyik. Kənan Əliyevin ölümü həkimlərin səhlənkarlığı ilə nəticələnsə, onlar cəzalandırılmalıdır “, – deyə Kənan Əliyevin əmisi bildirib.

Qeyd edək ki, 21 yaşlı gənc nişanlı idi.