Rusiyanın Dövlət Duması Dmitri Medvedyevi baş nazir postuna təsdiqləyib.

“Ölkə.Az” xəbər verir ki, deputatların 83.1%-i, yəni 374 nəfər Medvedyevin lehinə səs verib. 56 nəfər isə əleyhinə səs verib. Medvedyevə baş nazir seçilmək üçün 226 səs lazım idi.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin baş nazir postuna Medvedyevin namizədliyini irəli sürmüşdü.