Mayın 10- da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə paytaxtın bir sıra avtomobil yollarında hərəkət istiqaməti dəyişdiriləcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin

Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi,

polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti – Fəxri Xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaq: “Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri və ictimai nəqliyyata üstünlük vermələri tövsiyə edilir”.