Venesuela prezidenti Nikolas Maduro ölkədə hərbi çevrilişin baş vermə ehtimalından danışıb.

Maduro belə bir cəhdin olacağı təqdirdə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğandan daha sərt olacağını deyib.

“Əgər müxalifət çevrilişə cəhd edərsə, Türkiyədə baş verənlər bunun yanında heç nə olacaq. Ərdoğandan daha sərt olacam. Mən elə bir qanunlar qəbul edəcəm ki, buna qədər həmin qanunlar barədə heç kəs düşünməyib”.

Nikolas Maduro ABŞ və beynəlxalq təşkilatlarla da hesablaşmayacağını deyib.