“Focus2Move” layihəsinin analitikləri bu ilin birinci rübünün satış rəqəmlərini öyrənərək, dünya bazarının ən çox satılan avtomobil markalarının siyahısını təqdim ediblər.

AzEuroNews.com xəbər verir ki, birinci yerdə Yaponiya markası olan “Toyota” avtomobili  dayanıb. Şirkət ildə 2,14 milyon avtomobil sataraq öz rəqiblərini geridə qoyub.

İkinci yeri isə ildə 1,74 milyon maşın satan Almaniya markası “Volkswagen” tutub. “Ford” isə 1,41 milyon maşın sayı ilə üçüncü sırada yer alıb. Dördüncü və beşinci yerlər  “Nissan” və “Honda”markaları  tərəfindən tutulub.

Ekspertərin araşdırmalarına  “Mercedes”, “Renault”, “Hyundai” və “Kia” markaları isə ilk onluqda yer alıb.