Məşhur aktrisa və prodüser Ancelina Coli “Escape Artist Productions” ilə birlikdə tanınmış yüngül atlet Cim Torp haqqında avtobioqrafik film çəkməyi planlaşdırır.

AzEuroNews.com xəbər verir ki, “Parlaq yol” (Bright Path) adı altında çəkiləcək filmin baş rolunu məşhur aktyor Martin Sensmeyer canlandıracaq.

İdmançının həyatı ilə yaxından tanış olan Coli bu film üzərində işlədiyinə görə fəxr etdiyini bildirib. O həmçinin idmançının obrazını yaratmaq üçün Torp ailesi ile tez-tez ünsiyyətdə olacağını qeyd edib.

Qeyd edək ki, Cim Torp amerikalı idmançı, yüngül atlet olub və o, basketbol, beysbol, xokkey, üzgüçülük, tennis, boks, oxçuluq yarışlarında iştirak edib. O, 1912-cil il Yay Olimpiya Oyunlarının ikiqat qalibi olub.

Xatırladaq ki, bu Ancelina Colinin ilk avtobioqrafik filmi deyil. O bundan əvvəl məşhur Amerika qaçışçısı Luis Zamperini haqqında “Unbroken” filmini çəkib.