Dünya birjalarında neftin qiyməti artmaqda davam edir.
AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,99 dollar bahalaşaraq 77,84 dollar təşkil edib.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar artaraq 77,77 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,57 dollar bahalaşaraq 71,71 dollar olub.