Foto: www.general-anzeiger-bonn.de
Foto: www.general-anzeiger-bonn.de

Fərhad Çağtürk / AzEuroNews.com ► ► ► Almaniyanın Bonn şəhərindəki bir restoranda baş verən davada gənc qız silahla vurulub.  AzEuroNews.com-un məlumatına görə, hadisə şəhərin mərkəzindəki “Bonner Struben” qəlyan restoranında qeydə alınıb. Yan masada oturan iki qrup arasında baş verən mübahisə tezliklə davaya çevrilib. Nəticədə 23 yaşlı bir gənc qız ayağından vurulub. Dava baş verən zaman müştərilər bayıra qaçmağa başlayıblar. Polisə məlumat verilib. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım maşınları və polislər gəliblər.

Yaralı gənc qız xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı şahidlərin ifadələrini alıb. Hələlik milliyəti bilinməyən 18, 19 və 21 yaşlarıdakı 3 gənc hadisə ilə bağlı polis tərəfindən saxlanılıb.

Bonn şəhər polisi hadisə ilə bağlı araşdırmasını davam etdirir.