Kriştianu Ronaldu Facebook vasitəsilə yayımlancaq yeni serialın prodüseri olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın “ Real Madrid” klubunda forma geyən portuqaliyalı ulduz futbolçu bundan əvvəl reklam, sahibkarlıq kimi sahələrdə də özünü sınamışdı. Ronaldunun prodüseri olduğu serialda gənc qızlardan ibarət futbol komandasının macəralarına yer veriləcək. Qızların ailə, dostluq, sevgi hekayələrindən bəhs olunan serialın ssenari müəllifləri Liz Qarsia və Coş Hartodur.

Ronaldu öz şəxsi hesabından verdiyi açıqlamada bunun onuun üçün inanılmaz təcrüb olacağını deyib: “ Boş vaxtlarımda ən çox sevdiyim işlərdən biri televiziya izləməkdir. Bu serialın prodüseri olmaq, həyata keçirmək mənim üçün böyük təcrübə olacaq. Mənim həyatım baş rolda oynayacaq qızların taleyinə bənzəyir. Çətinliklər, gərginlik, gərgin iş rejimi, qısacası həyatla bağlı oxşarlıqlar.”