Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara və sürücülərə müraciət edib.
Məlumatda qeyd olunub ki, vətəndaşlar müraciətlərinə operativ baxılması üçün DYP-nin “dyp.gov.az” internet saytına və “902 Qaynar xətt” mərkəzinə sutkanın bütün vaxtlarında müraciət edə bilərlər.

Müraciətlərə rəhbərliyin nəzarəti ilə operativ qaydada baxılır və qısa zamanda cavab verilir.