Alimlərin araşdırmalarına görə karbohidratla bol olan makaronu arıqlamağa mane olan qidalar siyahısından çıxara bilərik. Toronto Universitetinin araşdırmacılarının apardığı təcrübələrə görə makaron arıqlamağa və balanslı qidalanmağa kömək edir.

AzEuroNews.com xəbər verir ki, 2 min 448 nəfər arasında aparılan təcrübələrə görə təxminən həftədə 3 dəfə makaron yeyənlərin kilo itirdikləri bəlli olub.

Makaronun insanlara heç bir zərəri olmadığını söyləyən mütəxəssislər artıq çəkini atmağa kömək edəcək makaron miqdarını hələ də bəlli olmadığını və insanların makaron dieti saxlamsının tez olduğunu bildiriblər.