Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin işçiləri adından AzeEuroNews.com-un elektron poçtuna məktub gəlib. Məktubda deyilir:

“Sizə bildiririk ki, sizin “Əbülfəz Qarayevin Beyləqanda şöbəsi yoxlanılır” – Mirzəyev maxinasiyası adlı məqaləniz tamamı ilə yalan, heç bir fakta əsaslanmayan və kiminsə sifarişi ilə yazılmışdır.
Məlumat üçün bildiririk ki, 2016-cı ilin noyabr ayından Beyləqan rayon Mədəniyyət və Turizm şöbəsi Kürəmir Regional Mədəniyyət İdarəsi nəzdində nümayəndəlik kimi fəaliyyət göstərir. Həmin vaxtdan Beyləqan mədəniyyətində heç bir maliyyə əməliyyatları aparılmır. Bu səbəbdən də burada baş mühasib vəzifəsi yoxdur. Əvvəllər baş mühasib işləmiş Məhəmməd Həsənov isə 2017-ci ilin noyabr ayından ərizəsinə əsasən işdən azad edilmiş və hazırda Beyləqan rayonunda yaşamır.
Mədəniyyət şöbəsinə (artıq Mədəniyyət və Turim şöbəsi yoxdur) ayrılan 120 min manatın Məhəmməd Həsənovun “Elmir-Murad” adlı müəssisəsi vasitəsi ilə mənimsənməsi isə ancaq jurnalist təxəyyülüdür.
Sizin qeyd etdiyinizdən fərqli olaraq bildirirəm ki, 2017 və 2018-ci illər ərzində Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyində olan mədəniyyət evi və klublarında hər hansı bir təmir işləri aparılmamışdır.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin maliyyə fəaliyyəti 2016-cı ilin aprel və 2017-ci ilin dekabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə Təftiş idarəsi tərəfindən yoxlanılmışdır. Maliyyə yoxlamaları zamanı hər hansı bir ciddi maliyyə pozuntusu aşkar edilməmiş və nəticəsi olaraq Aktlar tərtib edilmişdir. Buna görədə Beyləqanda hər hansı bir yoxlamanın aparılması müzakirə mövzusu ola bilməz.
Siz qeyd etmisiniz ki, guya Beyləqan rayonunun mədəniyyət şöbəsinin rəhbərliyinin mövqeyini öyrənmək istəmisiniz. Ancaq Sizə cavab verilməyib. Bunun doğruluğunu ancaq özünüz və Allahınız bilər.
Yalan məlumat xarakterli məqalənizin manşetində iki hörmətli nazirin şəklini qoymaq nə sizə nədə biz Mədəniyyət işçilərinə heç vaxt baş ucalığı gətirməz.
Bütün bunlara baxmayarq sizə nümayəndəliyin mövqeyini bildiririk və Sizlərdən xahiş edirik ki, bizim mövqeyimizə münasibətinizi bildirəsiniz.
Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk.

Beyləqan rayon Mədəniyyət işçiləri adından

Kürdəmir Regional Mədəniyyət İdarəsinin
Beyləqan rayonu üzrə nümayəndəsi Nazim Mirzəyev”