Foto: THOMAS SAMSON / AFP - Mənbə: Bild.de
Foto: THOMAS SAMSON / AFP - Mənbə: Bild.de

Fransada bıçaqla silahlanan naməlum şəxsin bir neçə nəfərə hücum etməsi nəticəsində 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə BFM telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Parisdə, ikinci dairədə, Monsini küçəsində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları cinayətkara atəş açaraq onu öldürüblər.

Foto: THOMAS SAMSON / AFP - Mənbə: Bild.de
Foto: THOMAS SAMSON / AFP – Mənbə: Bild.de