Tez-tez rast gəldiyimiz qan azlığı əsasən vitamin və mineral çatışmazlığından irəli gəlir.

AzEuroNews.com xəbər verir ki, daha çox qadınlarda özünü göstərən bu problemin əsas əlamətləri tez yorulma, halsızlıq, üşümək, əllərdə soyuqluq, baş fırlanması və saçların tökülməsidir. Ciddi qan azlığı olduqda isə nəfəs darlığı, ürək-damar və tənəffüs sistemi problemləri yaranır.

Qan azlığı əsasən dəmir, yaşıl tərəvəzlərdən alınan B9 və ətdən alınan B12 vitaminlərinin çatışmazlığından irəli gəlir.

Ancaq mütəxəssislər bildirirlər ki, doğru şəkildə qidalanaraq bu problemi həll etmək mümkündür. Qırmızı ət, qaraciyər, doşab, üzüm, çuğundur, qayısı, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, qoz, fındıq, süd, yumurta, somon balığı qan azlığına müsbət təsir edəcək qidalardır.

Həmçinin mütəxəssislər qidalarda olan dəmirin səviyyəsini azaldan çayın az içilməsini və daha çox C vitamini ilə bol olan meyvə şirələrinə üstünlük verilməsini tövsiyyə edir.