Cəmiyyətimizdə tez-tez  rast gəlinən burun tutulması- qrip və soyuq dəymə kimi xəstəliklərdə özünü göstərsədə, bəzi insanlarda bu problem daima olur. Bu problem əsasən burun sümüyünün və ya qığırdağının əyri olması, burun ətinin şişməsi, allergiya olduğu hallarda yaranır.

AzEuroNews.com bu problemin insan sağlamlığına olan zərərlərini açıqlayır:

Yorğunluq

İnsan bəzən niyə yorğun olduğunu anlaya bilmir. Yetərincə dərindən nəfəs almamaq insanın daha tez yorulmasına səbəb olur.

Üzdə və gözdə olan ağrılar

Hava axınında manelər olduğu halda burun axması, üzə və gözlərə vuran ağrılar yaranır ki, bu da müalicə olunmadığı halda daha böyük problemlər yarada bilir.

Yuxulama hissi

Burun tıxanmasının yaratdığı digər problem də , yuxulama hissi və yatarkən xoruldamaqdır.

Ürək xəstəlikləri

Rahat nəfəs ala bilmədikdə ağciyərə qan ötürən ürək damarının üzərinə əlavə yük düşür və buda ürək xəstəliklərinin qısa zamanda yaranmasına səbəb olur.

Astma

Allergiyadan yaranan burun tıxanıqlığı tənəffüs yollarına təsir edə və astma kimi ağciyər xəstəliklərinə səbəb ola bilər.

Qoxu və dad bilmə hisslərinin azalması

Burun sümüyünün və ya qığırdağının əyilməsi, burun ətinin şişməsi qoxu hissinin azalmasına səbəb olur. Təbii ki, bu eyni zamanda dad bilmə hissinə də təsir edir.

Qıcıqlandırıcı öskürək

Burun tıxanıqlığına yol açan səbəblər , özəlliklə xroniki sinüzitdən yaranan  burun axmaları boğazda qıcıqlandırıcı öskürəyə səbəb olur.

Diş çürüməsi və diş əti iltihabı

Tıxanıqlıq səbəbi ilə ağızla nəfəs almağımız boğaz, ağız və diş sağlığına da mənfi təsir göstərir. Tez-tez yaranan ağız quruması diş çürüklərinə və diş əti iltihabına səbəb olur.

Boğaz infeksiyaları

Burnumuzla aldığımız nəfəs əvvəlcə burun daxilində təmizlənərək boğaza oradan da ağciyərə ötürülür. Bir başa ağzımızla aldığımız nəfəs isə bu yollardan keçmir və bir sıra problemlər meydana gəlir.

Eşitmə qabiliyyətini itirmək

Burun yolu ilə aldığımız hava eyni zamanda orta qulaq boşluğuna da gedib çatır. Qulaq sağlığı üçün qulaqların da nəfəs alması mütləqdir. Əksi olduğu halda eşitməkdə problemlər yaranır və bu hal əməliyyat olunmağa kimi gedib çıxır.