“Yeni ulduz” müsabiqəsinin iştirakçısı Elnar Xəlilovun ifa etdiyi “Məcnun” mahnısı plagiat imiş.

“Ölkə.Az-ın məlumatına görə, bu barədə “Onda başladıq” verilişinin elektron ünvanına müğənni Dua Murad yazıb:

“Bir mahnıda səkkiz not oxşarlığı varsa, bu, oğurluq hesab edilir. Bu mahnının əvvəlindəki gitara ifası da eynidir. Ümumiyyətlə, mahnının əsas hissəsi demək olar ki, Azisin ifa etdiyi “Habibi” mahnısıyla eynilik təşkil edir”.

Mahnının söz və musiqisinin ona aid olduğunu deyən Elnar Xəlilov isə xanım sənətçinin iradına cavab olaraq bildirib ki, bəstənin yalnız müəyyən notları oxşardır. Dua Murad isə cavabında bunları deyib:

“Mahnının əsas və yaddaqalan hissəsi nəqarətdir. Bütün notlar oxşasaydı, bu, ağ olardı. Hər halda mahnı Azisin “Habibi”sinə çox bənzəyir”.

Qeyd edək ki, həftə içi 10-da efirə çıxan “Onda başladıq” verilişinin informasiya dəstəkçisi “Ölkə.Az saytıdır.
Sondə hər iki mahnının təqdim edirik.